Azərbaycanda doğulmuşam və yaşayıram.Azərbaycanlıyam. Qara Qarayev adına İncəsənət məktəbi və Dövlət Rəssamlıq Akademiyasınındizayner-rəssam fakultəsini bitirmişəm.
Peşəcə Rəssam olsamda,təbiətə olan həvəsim məni çiçək sənəti sahəsini araşdırmağa vadar etdi və burada gördüyünüz floristika sahəsinə aid olan canlı əsərlərin yaradılmasında yeni bir yolun kəşfinə gətirib cıxartdı.
Xədicə Kerimli, sənət dünyasında yeni baxışlar və düşüncələr təşviq edir.
YARADILAN TƏBİİ FLORİSTİK ƏSƏR BARƏDƏ
Bütün təbii kompozisiyaları yaratmaq üçün :
Bu təbii kompozisiyaları yaratmaq üçün istifadə olunub:Təbii çiçəklər,ağac budaqları, ağac kökləri,dekorotiv bitkilər, ağac və gül bitgilərin yarpaqları və s. Onları qurutmaq üçün xüsusi hazırlanmış yapışdırıcı maddələrin qarışığından alınan məhlullardan istifadə olunur(tam zərərsizdir).
Bəzi bitkilər ilkin emal zamanı təbii rənglərini itirirlər.Buna görə də onların bərpası üçün yağlı boyalar, tempera və akvarellərdən istifadə olunur.